20 Aprel 2025
Ona yüksək VƏZİFƏ VERİLDİ

Ona yüksək VƏZİFƏ VERİLDİ

Ona yüksək VƏZİFƏ VERİLDİ

18 Sentyabr 2024 14:50 | Baxış sayı: 343

İcbari Sığorta Bürosunun (İSB) İcraçı Direktoruna müavin təyin edilib.


AJMEDİA.İNFO banker.az-a istinadla xəbər verir ki, Seymur Mirzəyev bu vəzifəyə təyin edilib.


O, 2024-cü ilin sentyabrından bu vəzifənin icrasına başlayıb.


S.Mirzəyev 12 ilə yaxındır ki, İSB-də çalışır. Son iki ili Biznesin inkişafı departamentinin direktoru vəzifəsində çalışıb.


İSB-yə rəhbərlik 2024-cü ilin ikinci yarısından etibarən Vüsal Məsiyevə həvalə edilib. Buna qədər isə bu vəzifədə Rəşad Əhmədov çalışmışdı.


İcbari Sığorta Bürosu 2011-ci ildə təsis edilib. İSB "İcbari sığortalar haqqında" Qanununun tələbləri nəzərə alınmaqla hüquqi şəxslərin ittifaqı qeyri-kommersiya təşkilatı kimi təsis edilmiş və həmin Qanunda nəzərdə tutulmuş İcbari Sığorta Bürosunun fəaliyyətini tənzimləyir.