SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlÖlümcül iynə çatışmazlığı səbəbindən edamları təxirə salınıb
16 Aprel 2023 17:17 | Baxış sayı: 534
Ohayo ştatının (ABŞ) hakimiyyət orqanları öldürücü inyeksiya üçün lazım olan dərmanları ala bilmədiklərinə görə üç edamı təxirə salmaq qərarına gəliblər.
Ştatın qubernatoru Mayk Deuayn qeyd edib ki, dərman tədarükçüləri hələlik belə maddələr satmağa hazır deyillər.
Eyni zamanda, əczaçılıq sənayesinin nümayəndələri əvvəllər Ohayo hakimiyyətini hədələyiblər ki, onların məhsullarından nümunələrin ölüm hökmünün icrasında istifadə olunmasından şübhələndikləri halda, dərmanlarının satışını tamamilə dayandıracaqlar.
CNN vurğulayıb ki, bu payız üçün nəzərdə tutulan edamlar indi 2026-cı ilə təxirə salınıb. Sonuncu dəfə Ohayoda məhbuslar 5 il əvvəl edam edilib.