SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlÖlkəmiz Avropanın və BMT-nin “xəstə adamıdır
07 İyul 2023 11:03 | Baxış sayı: 569
Son talanlar və uzun illərdir davam edən iğtişaşlar Fransanın beynəlxalq aləmdə imicinə ciddi zərbə vuraraq, onu Avropanın və BMT Təhlükəsizlik Şurasının “xəstə adamına” çevirib.
Bunu "Le Figaro" qəzetinə müsahibəsində Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin keçmiş rəhbəri (2002-2008) Pyer Broşan deyib.
"Biz keçmiş həmkarlarımla birlikdə həyatımızı Fransanın imicinin dünyada müdafiəsinə və təbliğinə həsr etmişik. Bu uğurlar əsrlər boyu əldə edilir, çökmələr isə bir neçə gün və hətta saatlar ərzində baş verir", - Broşan deyib.
Keçmişdə Fransanın Macarıstan və İsraildəki diplomatik nümayəndəliklərinə də rəhbərlik edən keçmiş kəşfiyyat rəhbəri və sabiq səfir qeyd edib ki, ölkədə baş verən iğtişaşlar səbəbindən beynəlxalq tədbirlərin ləğvi ilk növbədə reputasiyaya böyük ziyan vurub.
İlk dəfə bu, martın sonunda Böyük Britaniyanın yeni kralı III Çarlzın səfəri pensiya islahatlarına qarşı etirazlar səbəbindən təxirə salındıqda, ikinci dəfə isə polis tərəfindən 17 yaşlı əlcəzairəsilli sürücünün qətlə yetirilməsi ilə əlaqədar başlayan iğtişaşlar səbəbindən Fransa prezidenti Emmanuel Makron Almaniyaya səfərini ləğv etdikdə baş verib.