HƏMAS İsrailin Təl-Əviv şəhərinə raket ATDI
6 saat əvvəlÖlkədə maaş və pensiyalar bu qədər ARTA BİLƏR - AÇIQLAMA
13 Sentyabr 2024 14:54 | Baxış sayı: 347
Məlum olduğu kimi, minimum əməkhaqqının artırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən noyabrın 1-nə qədər təkliflər təqdim olunacaq. Həmin təkliflər müvafiq dövlət qurumları, o cümlədən Maliyyə Nazirliyi və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən 2025-ci ilin büdcə paketi çərçivəsində baxılıb müzakirə ediləcək.
AJMEDİA.İNFO-nun məlumatına görə, məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost-a deyib ki, noyabr ayında büdcə zərfinə baxılması prosesi başlayacaq, dekabrda isə 2025-ci illə bağlı yeni büdcə qəbul olunacaq.
Büdcə müzakirələri zamanı minimum əməkhaqqının artırılması ilə bağlı qərar verilə bilər. Əmək haqlarında 10 faiz civarında artım da gözləniləndir: “Yanvar ayından minimum əməkhaqqının hansı formada olacağı bilinməsə də, artımın olması dəqiqdir. Təqaüdlərlə bağlı artım isə Prezidentin verdiyi qərar və ya fərmandan asılı olacaq. Təqaüdlərin artımının da 8-10 faiz olacağı gözləniləndir”.