SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəl"Olimpiakos" - "Qarabağ" matçını o idarə edəcək
28 Yanvar 2025 14:31 | Baxış sayı: 664
Yunanıstanda yerli "Olimpiakos" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqası oyununun təyinatları bəlli olub.
AJMEDİA.İNFO xəbər verir ki, qarşılaşma Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Radu Petresku olacaq. FIFA referisinə Radu Qinquleaç və Mirça Mihail Qriqoriu kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Marsel Birsan yerinə yetirəcək. VAR-da Katalin Popa, AVAR-da Sebastyan Koltesku əyləşəcək.
Qeyd edək ki, Liqa mərhələsinin VIII turunda, yanvarın 30-da baş tutacaq "Olimpiakos" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.