20 Aprel 2025
Olimpiadada iki amerikalı üzgüçü koronavirusa yoluxdu

Olimpiadada iki amerikalı üzgüçü koronavirusa yoluxdu

Olimpiadada iki amerikalı üzgüçü koronavirusa yoluxdu

31 İyul 2024 12:00 | Baxış sayı: 288

Parisdə keçirilən Olimpiya Oyunlarında amerikalı üzgüçülər Devid Conston və Lyuk Uitlok koronavirusa yoluxublar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “SwimSwam” portalı məlumat yayıb.
Məlumata görə, Conston və Uitlokun təcrid olunmaq üçün otelə köçürüldüyü bildirilir.
Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyadan olan üzgüçülər Adam Piti və avstraliyalı Lani Pallister, eləcə də alman dekatletçisi Manuel Eyteldə də koronavirus aşkarlanıb. Olimpiada başlamazdan əvvəl beş avstraliyalı su polosu oyunçusu koronavirusa yoluxub.
Xatırladaq ki, Parisdə keçiriləcək Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.