SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlOğlu azərbaycanlı iş adamını tüfənglə güllələyib ÖLDÜRDÜ
21 Avqust 2024 11:10 | Baxış sayı: 348
Rusiyanın Moskva vilayətinin Reutov şəhərində yeniyetmə atıcılıq poliqonunda təsadüfən atasını güllələyib.
AJMEDİA.İNFO lent.az-a istinadən bildirir ki, avqustun 20-də 43 yaşlı Emin oğlu ilə birlikdə atıcılıq meydançasına gəlib. Atası atəş xəttinə daxil olan zaman taktiki qulaqcıq taxıb, əlində tüfəng olan yeniyetmə təsadüfən tətiyi sıxıb və Emini ölümcül yaralayıb. Moskva vilayətinin İstintaq Komitəsindən verilən məlumata görə, kişi yerindəcə keçinib.
Atıcılıq poliqonunun əməkdaşı qeyd edib ki, Emin onların daimi müştərisi olub. Onun silah icazəsi olub və onunla müvafiq müqavilə bağlanıb.
Məlumata görə, ölən şəxs azərbaycanlı iş adamı Emin Quliyevdir. Hadisəni isə onuin ögey oğlu 17 yaşlı Dəniz törədib. Bildirilir ki, güllə E. Quliyevin qarnına dəyib, o, təcili tibbi yardım gələnə kimi dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları atəş tir inzibatçısını təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı saxlayıblar. İstintaqın məlumatına görə, yeniyetmə Dəniz müqavilə bağlamadan atış meydançasına buraxılıb və işçi təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etməli olsa da, otağı tərk edib.
Yeniyetmə barəsində ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə iş açılıb. Oğlana həmin yeri tərk etməmək barədə şəhadətnamə verilib. Hadisədən sonra o, psixoloqların müayinəsinə göndərilib.