"Veteran pulu" bu tarixdə artırılacaq
5 saat əvvəlOğlu aktrisa Çimnaz Sultanovanın dəfninə qatılmayacaq - SƏBƏB
16 Yanvar 2025 14:19 | Baxış sayı: 423
Xəbər verdiyimiz kimi, aktrisa Çimnaz Sultanova uzun sürən xərçəng xəstəliyindən vəfat edib.
AJMEDİA.İNFO-nun axşam.az-a istinadən məlumatına görə, aktrisanın oğlu Almaniyada yaşayır. Aktrisa Sonaxanım Əliyeva övladının anasının dəfninə qatıla bilməmə səbəbini açıqlayıb:
"Oğlu Çimnazın öldüyünü sosial şəbəkədə görüb. Açıb oxuyub ki, anası vəfat edib. Onun dəfnə gəlməsi mümkün deyil. Çünki Almaniyadadır".
Qeyd edək ki, Çimnaz bağırsaq xərçəngindən əziyyət çəkirmiş. Onun həkimlərin səhv əməliyyatı ucbatından vəfat etdiyi iddia olunub. Aktrisanın oğlu atası ilə birlikdə Almaniyada yaşayır.