SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəl“O gecə xəstəxanada yatırdım” - Xalq artisti 20 Yanvardan yazdı
20 Yanvar 2025 15:45 | Baxış sayı: 475
“1990-cı il o gün, 20 yanvar qaranlıq, qara buludlu qanlı yanvar gecəsi! Silah səsləri, insanların fəryadı, göz yaşları indi də qulaqlarımdadı. Bakının üzərini almış qara buludlu gecədə 4 nömrəli xəstəxanada yatırdım, o gecə nə qədər yaralılar gətirirdilər xəstəxanaya!”.
AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Xalq artisti Mələykə Əsədova 20 Yanvar xatirələrini bölüşərkən yazıb. 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar paylaşım edən sənətçi bu gecəni heç vaxt unutmayacağını bildirib.
O, sonda vətən uğrunda canını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyib.