Yerusəlimdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - VİDEO
11 saat əvvəlNYT: “Mossad” İsraildə insanları hökumət əleyhinə etirazlarda iştiraka təşviq edib
09 Aprel 2023 09:55 | Baxış sayı: 555
Pentaqondan sızan ABŞ kəşfiyyat məlumatlarına görə, İsrailin xarici kəşfiyyat xidməti “Mossad” agentliyin əməkdaşlarını və İsrail vətəndaşlarını mart ayında ölkəni bürümüş hökumət əleyhinə etirazlarda iştirak etməyə təşviq edib.
Bu barədə “The New York Times” yazıb.
Qeyd olunub ki, martın 1-də Mərkəzi Kəşfiyyatın hesabatına aid edilən sızdırılmış sənədlərə görə, Mossad liderləri agentliyin rəsmilərini və ölkə vətəndaşlarını yeni İsrail hökumətinin təklif etdiyi məhkəmə islahatlarına, o cümlədən hökuməti pisləyən bir neçə açıq çağırışa etiraz etməyə çağırıb.
Nəşr qeyd edir ki, İsrail Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndələri bu məlumatları təkzib ediblər.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin vəziyyəti ilə bağlı məlumatların sızması ABŞ-ın NATO-dakı və alyansdan kənar müttəfiqləri ilə münasibətlərini çətinləşdirib.