SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlNüvə gücündən hər zaman yaxşı işlər üçün istifadə olunmalıdır
27 Aprel 2023 18:10 | Baxış sayı: 501
“Bu layihənin həyata keçirilməsinə fəal dəstək verirdik”.
Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi aprelin 27-də Akkuyu Atom Elektrik Stansiyasının (AES) açılışında çıxışı zamanı deyib.
O bildirib ki, nüvə gücü hər zaman yaxşı işlər üçün istifadə olunmalıdır: “Bizim beynəlxalq dəstəyə ehtiyacımız var. Nüvə qəzalarının qarşısının alınması üçün həmrəy olmalıyıq”.
R.Qrossi xatırladıb ki, Akkuyu AES Türkiyənin ikinci yüz ilində uğurla xidmət edəcək.