SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlNoyabrın 8-də bu yolda hərəkət MƏHDUDLAŞDIRILACAQ
06 Noyabr 2024 14:49 | Baxış sayı: 240
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi Zəfər Günü tədbiri ilə əlaqədar sürücülərə müraciət edib.
AJMEDİA.İNFO-nun məlumatına görə, müraciətdə bildirilib ki, 8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq bu gün saat 00:00-dan etibarən Neftçilər, eləcə də 8 Noyabr prospektindən Ağ Şəhər Bulvarı istiqamətinə gedən yollarda tədbir bitənədək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Hərəkətin məhdudlaşdırılması “Zəfər” abidəsini ziyarət edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Sürücülərdən qeyd edilən istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətləri nəzərə almaları xahiş olunur.