20 Aprel 2025
Növbəti iki günlə bağlı əhaliyə SARI XƏBƏRDARLIQ!

Növbəti iki günlə bağlı əhaliyə SARI XƏBƏRDARLIQ!

Növbəti iki günlə bağlı əhaliyə SARI XƏBƏRDARLIQ!

12 Sentyabr 2024 14:34 | Baxış sayı: 404

Sentyabrın 12-si gündüzdən 14-ü gündüzədək bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Culfa, Ordubad, Babək, Gəncə, Samux, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Goranboy, Naftalan, Şirvan, Sabirabad, Mingəçevir, Daşkəsən, Zaqatala, Qax, Balakən, Şəki, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Bərdə, Yevlax, Beyləqan, Füzulidə fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.