SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlNorveç təyyarəsi Bakıya TƏCİLİ ENİŞ ETDİ
15 Noyabr 2024 10:14 | Baxış sayı: 245
Norveçin “Norse Atlantic Airways” aviaşirkətinin Brno–Phuket reysini yerinə yetirən hava gəmisinin kapitanı yanacaq doldurmaq zərurəti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Bu barədə AJMEDİA.İNFO-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, “Boeing 787” təyyarəsi yerli vaxtla saat 07:55-də uğurla Bakı aeroportuna eniş edib. Marşrutun dəyişdirilməsi nəticəsində uçuş müddətinin uzanması səbəbindən komandir yanacaq doldurma qərarına gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportu yanacaq doldurulması və reysin davam etdirilməsi üçün bütün zəruri şəraiti operativ şəkildə təmin edib.