SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlNorveç Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
04 Aprel 2023 18:17 | Baxış sayı: 490
Norveç Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Bu barədə Norveç Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bildirilib ki, sanksiya siyahısına 87 nəfər və 34 hüquqi şəxs daxil olunub.
“Bu sanksiyalar Avropa İttifaqının 2023-cü il fevralın 25-də qəbul etdiyi onuncu sanksiyalar paketini tam əks etdirir. Norveç bəzi dəyişikliklərlə Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulub”, - sənəddə qeyd edilib.
Ümumilikdə, Norveç artıq rusiyalı 1678 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.