20 Aprel 2025
Nobel mükafatını alan 3-cü Türkiyə vətəndaşı - Daron Acemoğlu kimdir? - DOSYE

Nobel mükafatını alan 3-cü Türkiyə vətəndaşı - Daron Acemoğlu kimdir? - DOSYE

Nobel mükafatını alan 3-cü Türkiyə vətəndaşı - Daron Acemoğlu kimdir? - DOSYE

14 Oktyabr 2024 16:00 | Baxış sayı: 276

İsveç Kral Elmlər Akademiyası türkiyəli alim Daron Acemoğlunu "Nobel"ə layiq görüb.

AJMEDİA.İNFO xəbər verir ki, o Saymon Conson və Ceyms A.Robinson ilə bərabər İqtisadiyyat üzrə iqtisadiyyat üzrə "Nobel" mükafatı alıb.

Bununla da Acemoğlu Türkiyədən Nobel mükafatı alan üçüncü şəxs olub.

Türkiyənin Xəzinə və Maliyyə naziri Mehmet Şimşek Daron Acemoğlunu bu uğuruna görə təbrik edib:

"İnstitutların yaradılması və rifahın təsirinə dair işlərinə görə 2024-cü il Nobel İqtisadiyyat Mükafatını qazanan dəyərli iqtisadçı Daron Acemoglunu ürəkdən təbrik edirik".

Məlumat üçün bildirək ki, Daron Acemoğlu erməni əsilli türkiyəli alim və professordur.

1967-ci ildə İstanbulda anadan olan Acemoğlu 1986-cı ildə Qalatasaray liseyini bitirib. İngiltərədə York Universitetinin iqtisadiyyat fakültəsindən məzun olduqdan sonra London İqtisadiyyat Məktəbində magistr və elmlər namizədi dərəcələri alıb.

1992-1993-cü illərdə bu məktəbdə dərs deyib.

Əcəmoğlu 1993-cü ildən bəri dünyanın ən nüfuzlu universitetlərindən sayılan Massaçusets Texnoloji Univesitetində çalışmağa başlayıb. 2000-ci ildə professor dərəcəsi alıb.

O zamandan bəri universitetin tətbiqi iqtisadiyyat fakültəsində dərs deyir. Acemoğlunun maraqlandığı məsələlər arasında siyasi iqtisadiyyat, iqtisadi inkişaf, iqtisadi böyümə də yer alır.

"IDEAS/RePec" beynəlxalq iqtisadi araşdırma qurumunun məlumatına görə, Acemoğlu dünyada istinad edilən ilk 20 iqtisadçıdan biridir. O, siyahıda 8-ci yerdədir. Acemoğlunun iki kitabı elm dünyasında rezonans doğurub.