SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlNiyaməddin Musayevdən Musa Musayev və Təranə Qumralla bağlı AÇIQLAMA: "Onlara həmişə..."
30 Noyabr 2023 13:14 | Baxış sayı: 697
Müğənni Musa Musayevin həyat yoldaşı Təranə Qumralla birgə qonaq olduğu ATV kanalında yayımlanan “7 tamam” verilişindəki çıxışı müzakirə yaradıb. O, əmisi, Xalq artisti Niyaməddin Musayev barəsində “Niyaməddin kimi əmi görməmişəm, ona canım qurban, evinə gedəcəyəm, hələ oturub nərd də oyanayacağam” sözlərini səsləndirib. Təranə Qumral isə həyat yoldaşının fikirlərinə dəstək çıxaraq “Niyaməddin Musayev Musanın əmisidir deyə yox, xalqın dəyərli, çox qiymətli sənətkarı olduğu üçün biz özümüz də onu sevirik, dinləyirik...” deyib.
Sosial şəbəkələrdə müzakirələr zamanı bildirilib ki, Niyaməddin Musayev illərdir, M.Musayevlə küsülüdür, aralarında barışıq olmayıb.
AJMEDİA.İNFO xəbər verir ki, Xalq artisti Niyaməddin Musayev Pravda.az-a açıqlamasında qardaşı oğlunun onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.
“Onların danışıqlarını eşitdim. Çox sağolsunlar, çox səmimi danışdılar. Mənim də onlara hörmətim var, həmişə də belə olub. Musaya dəstək olmuşam. Xahiş edirəm, çox suallar verməyin. Zənnimcə, bu fikrim bəs etdi...”, - N.Musayev deyib.