20 Aprel 2025
"Nikosayağı"nın həyat yoldaşından qəzada ölən Ruslanla bağlı paylaşım - FOTO

"Nikosayağı"nın həyat yoldaşından qəzada ölən Ruslanla bağlı paylaşım - FOTO

"Nikosayağı"nın həyat yoldaşından qəzada ölən Ruslanla bağlı paylaşım - FOTO

18 Avqust 2023 06:19 | Baxış sayı: 773

"Bu həyatda ən acı günləri yaşayırıq. Tək Allah bilir ki, biz dost yox, Ruslanı bir qardaş kimi, əmi kimi ailəmizdən biri olaraq itirdik".

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri sosial şəbəkədə bir neçə gün əvvəl ağır avtomobil qəzası keçirən bloger Nicat Şakirlinin xanımı yazıb. O qəza zamanı həyatını itirən 27 yaşlı Ruslan Məmmədovun ölümünə görə böyük kədər və təəssüf hissi keçirdiyini bildirib:

"Mən əminəm ki, iki qardaş belə vidalaşmaq istəməzdi. Allah sənə rəhmət eləsin, qardaşım. Ailənə və bizlərə səbr versin”.

Qeyd edək ki, avqustun 15-də gecə saatlarında “Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb.

Qəza nəticəsində blogerin dostu Ruslan Məmmədov ölüb, digər dostu Fəxri Rüstəmov isə xəsarət alıb.