SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəl"Nikosayağı" ilə qəzada ölən Ruslanın ailəsi arasında dava düşüb? - AÇIQLAMA - VİDEO
17 Avqust 2023 07:04 | Baxış sayı: 735
“Niko özünə gəlib. Reanimasiyadadır. İlk soruşduğu Ruslan oldu. Onun vəfat etdiyindən xəbəri yoxdur”.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə sosial şəbəkədə onun dostu, rəqqas Ramil Qasımov məlumat verib.
O bildirib ki, Nicatın vəziyyəti stabildir:
“İnşallah, palataya köçürüləndə yanına gedəcəyik. Deyirlər, ailələr arasında dava düşüb. Elə şeylərə inanmayın, yalan məlumatdır. Allah Ruslana rəhmət eləsin...”
Qeyd edək ki, bir neçə gün əvvəl “Nikosayağı” adı ilə məşhur olan bloger Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində dərhal xəstəxanaya çatdırılan blogerin sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.