SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlNigeriyada qayığın batması nəticəsində onlarla insan ölüb
14 İyun 2023 00:04 | Baxış sayı: 622
Nigeriyanın mərkəzi Kvara əyalətində qayığın batması nəticəsində onlarla insan həlak olub.
Bu barədə "Sinxua" agentliyi qubernator Abdulrahman Abdulrazaka istinadən məlumat yayıb.
Qayıqda olanlar qonşu Niger əyalətindən toydan qayıdıblar.
A.Abdulrazak qeyd edib ki, xilasetmə işləri davam etsə də, artıq xeyli insan həlak olub. Qubernator qurbanların dəqiq sayını açıqlamayıb.
Eyni zamanda, bir sıra xarici KİV-lər ölənlərin sayının 100 nəfəri keçdiyini yazıb. CNN iddia edir ki, qayıqda 300-ə qədər adam olub ki, onlarda 100-ü ölüb. İlkin versiyaya görə, hadisəyə qayığın həddindən artıq yüklənməsi səbəb olub.