SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlNigeriyada ağır yol qəzasında 20 nəfər ölüb
10 İyul 2023 06:01 | Baxış sayı: 454
Nigeriyada avtobusla yük avtomobilinin toqquşması nəticəsində azı 20 nəfər ölüb.
Bu barədə Nigeriyanın “Punch” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, qəza bazar günü Laqos-Badaqri avtomobil yolunda baş verib. İdarəetməni itirən avtobusun sürücüsü nəqliyyat vasitəsini yük avtomobilinə çırpıb.
Laqos ştatının nəqliyyata nəzarət direktoru 20 nəfərin öldüyünü təsdiqləyib.
Onun sözlərinə görə, avtobusdakılar bir ailənin 18 üzvü və onların dostları olub. Həmin şəxslər Beninə ailəvi ziyafətə gedirmişlər.