20 Aprel 2025
Niderland hökumətinin rəhbəri COP29-a qatılmayacaq

Niderland hökumətinin rəhbəri COP29-a qatılmayacaq

Niderland hökumətinin rəhbəri COP29-a qatılmayacaq

10 Noyabr 2024 16:28 | Baxış sayı: 442

Niderlandın Baş naziri Dik Sxoof bu həftə Amsterdamda İsrail futbol azarkeşləri ilə Fələstin tərəfdarı nümayişçilər arasında baş verən toqquşmaların ardından COP29 iqlim sammitinə qatılmayacaq, Reuters-in məlumatına görə, bunu "European Pravda" xəbər verib.

“Gələn həftə Azərbaycanda keçiriləcək BMT iqlim konfransı COP29-a səfər etməyəcəyəm. Keçən cümə axşamı gecəsi Amsterdamda baş verən hadisələrin böyük ictimai təsiri səbəbindən mən Niderlandda qalacağam,” deyə Sxoof bildirib.

Lakin Almaniya kansleri Olaf Şolzdan fərqli olaraq, Niderlandın Baş naziri bu qərarı barədə Azərbaycan Prezidentini məlumatlandırmayıb.

Niderlandın İqlim naziri Sofi Hermans, 11-22 noyabr tarixlərində keçiriləcək iqlim müzakirələrində iştirak edəcək, Sxoof isə sammitdə iqlim səfiri ilə əvəzlənəcək. Baş nazir əlavə edib ki, Amsterdamda baş verən zorakılıqlar bazar ertəsi Nazirlər Kabinetinin iclasında müzakirə olunacaq.

Təl-Əvivin "Makkabi" futbol klubunun azarkeşlərinin iştirakı ilə baş verən iğtişaşlar zamanı ən azı beş nəfər yaralanıb. "Makkabi" Avropa Liqasında "Ayaks"a 5:0 hesabı ilə məğlub olub.//Turan.az