SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlNetanyahunun heykəlini dağıtdılar - VİDEO
09 Yanvar 2025 12:57 | Baxış sayı: 378
Meksikanın paytaxtı Mexikoda yerləşən məşhur Mum Muzeyində İsrailin Baş naziri Benyamin Netanyahunun heykəli etirazçılar tərəfindən dağıdılıb.
AJMEDİA.İNFO xarici mediaya istinadla xəbər verir ki, maskalı fəallar heykəlin üstünə qırmızı maddə səpdikdən sonra onu çəkiclə yerə endiriblər. Heykəli yıxdıqdan sonra etirazçılar Fələstinə dəstək şüarları səsləndiriblər. Videolar sosial şəbəkələrdə geniş yayılaraq izləyicilər tərəfindən dəstəklənib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Netanyahunun Qəzzada hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə həbs qərarı çıxarıb.