SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlNetanyahu, yeni hökuməti dövründə Almaniya ilə əlaqələri gücləndirməyi planlaşdırır
24 Fevral 2025 11:47 | Baxış sayı: 394
İsrail Almaniyada keçirilən parlament seçkilərində Xristian Demokrat və Xristian Sosial Birlik blokunun qələbəsini alqışlayır və yeni federal hökumət dövründə Berlinlə əlaqələri gücləndirəcəyinə ümid edir.
AJMEDİA.İNFO xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“Fridrix Merzi bugünkü seçkilərdə aşkar qələbələri münasibətilə təbrik edirəm. Mən ölkələrimiz arasında tərəfdaşlığı daha da gücləndirmək üçün gələcək hökumətinizlə yaxından işləməyi səbirsizliklə gözləyirəm”, - o X hesabatında qeyd edib.
Öz növbəsində, İsrail Xarici İşlər Nazirliyinin rəhbəri Gideon Saar da bu təbriklərə qoşularaq Merzi “İsrailin dostu” adlandırıb və onu yəhudi dövlətinə səfərə dəvət edib. “Mən əminəm ki, siz İsrailin dostu kimi Almaniya xalqı ilə İsrail xalqı arasında əlaqələri gücləndirəcək və dərinləşdirəcəksiniz. Kansler kimi Yerusəlimə ilk səfərinizi səbirsizliklə gözləyirik”, - Saar X-də yazıb.