SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlNetanyahu xərçəng xəstəliyinə görə ƏMƏLİYYAT OLUNDU
30 Dekabr 2024 19:00 | Baxış sayı: 516
İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdəki "Hadassa" Tibb Mərkəzində prostat vəzinin çıxarılması üçün uğurlu əməliyyatdan sonra özünə gəlib və sağalmaq üzrədir.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Times of Israel" Netanyahunun ofisinə istinadən məlumat yayıb.
"Əməliyyat uğurlu və fəsadsız keçib. Baş nazir yuxudan oyanıb, vəziyyəti yaxşıdır”, - ofisin açıqlamasında deyilir.
Müharibə davam etdiyi üçün raket və ya nüvə raketləri ilə hədəfə alına biləcəyi ehtimalına görə onun möhkəmləndirilmiş reabilitasiya palatasında bir neçə gün müşahidə altında qalacağı gözlənilir.
Həkimlər baş nazirin sidik kanalında prostat vəzinin xoşxassəli böyüməsi nəticəsində yaranan infeksiya aşkar etdikdən sonra əməliyyat ediblər.
"Ynet"in məlumatına görə, cərrahi əməliyyat təxminən iki saat davam edib.