20 Aprel 2025
Netanyahu Vaşinqtona gedəcək – Trampla görüşəcək

Netanyahu Vaşinqtona gedəcək – Trampla görüşəcək

Netanyahu Vaşinqtona gedəcək – Trampla görüşəcək

05 Aprel 2025 09:00 | Baxış sayı: 542

İsrailin Baş naziri Benyamin Netanyahu bazar ertəsi Vaşinqtona səfər etməyi və ABŞ Prezidenti Donald Trampla görüşməyi planlaşdırır.
AJMEDİA.İNFO
xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, tərəflər ABŞ-nin tətbiq etdiyi idxal rüsumlarını, İranın nüvə proqramını və Qəzza zolağındakı vəziyyəti müzakirə edəcəklər.

Portalın mənbələri həmçinin bildiriblər ki, Netanyahu ABŞ-İran nüvə razılaşmasının şanslarının zəif olduğuna inanır və diplomatiya uğursuz olarsa, İranın nüvə obyektlərinə zərbə endirmək üçün Trampla danışıqlar aparmaq istəyir.