20 Aprel 2025
Netanyahu Trampın andiçmə mərasimində iştirak edəcək

Netanyahu Trampın andiçmə mərasimində iştirak edəcək

Netanyahu Trampın andiçmə mərasimində iştirak edəcək

02 Yanvar 2025 10:46 | Baxış sayı: 574

İsrailin Baş naziri Benyamin Netanyahu yanvarın 20-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində iştirak etməyi planlaşdırır.

AJMEDIA.INFO xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Bildirilib ki, dekabrın 31-də qarşıdan gələn səfərin maddi-texniki bazasının işlənib hazırlanması üçün məsləhətləşmələr aparılıb.

“The Times of Israel”in qeyd etdiyi kimi, İsrail tərəfi Netanyahunun səhhəti ilə yanaşı, onun Beynəlxalq Cinayət Məhkəməsinin həbsinə dair orderdən də narahatdır. Nəşr qeyd edir ki, İsrailin baş nazirinin təyyarəsi ABŞ-a gedən ölkələrdən birinə təcili eniş edəcəyi təqdirdə, bu dövlətlərin hakimiyyət orqanları əmri icra edə bilər.