SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlNetanyahu: "Səudiyyə Ərəbistanı ilə normal münasibətlər və sülh istəyirik"
18 Aprel 2023 07:35 | Baxış sayı: 575
İsrail Səudiyyə Ərəbistanı ilə normallaşma və sülh istəyir.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ senatoru Lindsi Qremlə görüşündə deyib.
"Biz Səudiyyə Ərəbistanı ilə normallaşma və sülh istəyirik. Bu razılaşma İsrail, Səudiyyə Ərəbistanı, bütövlükdə region və dünya üçün tarixi nəticələrə səbəb ola bilər", - Netanyahu bildirib.
Baş nazir, həmçinin vurğulayıb ki, İsrailin Səudiyyə Ərəbistanı ilə münasibətlərini yaxşılaşdırması "nəhəng sıçrayış" olacaq.
Qeyd edək ki, İsrail və Səudiyyə Ərəbistanının hazırda rəsmi diplomatik əlaqələri yoxdur.