20 Aprel 2025
Netanyahu onu Moskvaya göndərdi - SƏBƏB

Netanyahu onu Moskvaya göndərdi - SƏBƏB

Netanyahu onu Moskvaya göndərdi - SƏBƏB

02 Mart 2025 15:27 | Baxış sayı: 665

İsrailin Baş nazir Benyamin Netanyahu özünün hərbi katibi general-mayor Roman Hoffmanı təhlükəsizlik məsələləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı bir sıra görüşlər keçirmək üçün Moskvaya göndərib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrailin "Ynet" xəbər portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Hoffmanın səfəri hərəkətlərin əlaqələndirilməsi və İsrailin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Bundan əlavə, İsrail tərəfi Qəzza zolağında saxlanılan israilli girovların, o cümlədən Rusiya vətəndaşının oğlu Maksim Xarkinin azad edilməsini sürətləndirmək üçün HƏMAS hərəkatına təzyiq göstərmək üçün Rusiyadan vasitəçiliyə müraciət etmək niyyətindədir.