SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlNetanyahu: "İsrail HƏMAS-ı məhv edəcək"
28 Yanvar 2024 06:11 | Baxış sayı: 681
İsrail Fələstinin HƏMAS hərəkatını, xüsusən də onun rəhbərliyini məhv etməkdə qərarlıdır, bundan sonra Qəzza zolağına nəzarət texnokratlara keçə bilər.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“HƏMAS-ın rəhbərliyini öhdəlik götürdüyümüz kimi məhv edəcəyik”, - Netanyahu bildirib.
Baş nazirin sözlərinə görə, HƏMAS-ın inzibati və hərbi strukturunun məhv edilməsi bu hərəkatın tərəfdarlarının Qəzzada hakimiyyətdə qalma ehtimalını minimuma endirməlidir.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və o cümlədən uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox sakinin girovun əsir götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.
İsrail tərəfi buna cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatını başlayıb.\\"Report"