SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlNetanyahu İrana xəbərdarlıq etdi
16 Oktyabr 2023 23:31 | Baxış sayı: 2293
“İsrail Livanın “Hizbullah” qruplaşması və İranın potensial hücumlarına sərt cavab verəcək“.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə oktyabrın 16-da İsrailin baş naziri Benyamin Netanyahu məlumat verib.
“Hizbullah”a da bir mesajım var: bizi şimalda sınamayın, bir dəfə etdiyiniz səhvi təkrarlamayın, çünki indi ödəməli olduğunuz bədəl daha yüksək olacaq”, - deyə o, Knessetin (parlament) qış sessiyasında açılış nitqində deyib.
Netanyahu həmçinin qeyd edib ki, Fələstin-İsrail eskalasiyası fonunda İsrail qüvvələri uzunmüddətli döyüşlər aparmağa hazırdır.