SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlNetanyahu hərbi kəşfiyyat zabitləri ilə iclas keçirir
11 May 2023 20:01 | Baxış sayı: 617
İsrailin baş naziri Benyamin Netanyahu hərbi kəşfiyyat zabitləri ilə əməliyyat müşavirəsi keçirib.
Bu barədə hökumət başçısının aparatı məlumat yayıb.
“Baş nazir Benyamin Netanyahu Təl-Əvivdəki Kiriya kompleksindəki ofisində hərbi kəşfiyyat zabitləri ilə əməliyyat iclası keçirir. İclasda Baş Nazirin Aparatının rəhbəri Tzaçi Braverman iştirak edir”, - dey qeyd olunub.
Qeyd edək ki, fələstinli radikalların Qəzza zolağından İsrail ərazisinə atdığı raketlərdən biri ölkənin mərkəzi hissəsində, Təl-Əvivdən 20 km cənub-qərbdə yerləşən Rehovot şəhərindəki yaşayış binasına düşüb.
Raket zərbəsi nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Hazırda xilasedicilər hələ də hadisə yerindədir.