20 Aprel 2025
Netanyahu: HƏMAS İranın terrorçu oxunun ayrılmaz parçasıdır

Netanyahu: HƏMAS İranın terrorçu oxunun ayrılmaz parçasıdır

Netanyahu: HƏMAS İranın terrorçu oxunun ayrılmaz parçasıdır

12 Noyabr 2023 05:56 | Baxış sayı: 743

“HƏMAS İranın başçılıq etdiyi terrorçu oxunun ayrılmaz parçasıdır”.

“Report” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu fövqəladə hökumətin hərbi kabinetində mətbuat konfransında bildirib.

O əlavə edib ki, “HƏMAS Qəzza zolağına ancaq iki şey gətirib – qan və səfalət”, – yəhudi dövlətinin lideri diqqətə çatdırıb.

Netanyahu həmçinin deyib ki, İsrail müharibədən sonra İordan çayının qərb sahili kimi Qəzzaya hərbi nəzarəti saxlayacaq.