20 Aprel 2025
Nənə və nəvənin öldüyü qəzadan YENİ GÖRÜNTÜLƏR - VİDEO

Nənə və nəvənin öldüyü qəzadan YENİ GÖRÜNTÜLƏR - VİDEO

Nənə və nəvənin öldüyü qəzadan YENİ GÖRÜNTÜLƏR - VİDEO

22 İyul 2024 09:07 | Baxış sayı: 455

Bir neçə gün əvvəl Laçın rayon sakini, 64 yaşlı Qoşmalı Yusifov idarə etdiyi «Mercedes» markalı avtomobillə Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətdə olarkən sükan arxasında yuxuladığı üçün avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polis İdarəsindən bildirilib.

Verilən məlumata görə, nəticədə sürücünün həyat yoldaşı və 16 yaşlı nəvəsi hadisə yerində həyatlarını itiriblər.

Bu hadisə bir daha deməyə əsas verir ki, sürücülərin istirahət etmədən yuxusuz halda sükan arxasına əyləşməsi onların özləri, doğmaları, eləcə də digər hərəkət iştirkçılarının həyat və sağlamlığı üçün hər zaman ciddi təhdiddir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, uzaq məsafə qət edərkən 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra dayanaraq qısa müddətə istirahət etməyə, bunun üçün DYP-nin stasionar postlarında yaradılmış şəraitdən yararlanmağa çağırır.(Lent.az)