SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəl“Neftçi”dən Qara Qarayevlə bağlı QƏRAR
20 Avqust 2024 10:39 | Baxış sayı: 452
“Neftçi” Azərbaycan yığmasının üzvü Qara Qarayevi əvəzedici komandaya göndərib.
AJMEDİA.İNFO xəbər verir ki, buna səbəb Bakı klubunun yeni baş məşqçisi Roman Qriqorçukun 31 yaşlı oyunçunu əsas heyətdə görmək istəməməsidir.
Ukraynalı mütəxəssis “Sabah”a 0:2 hesabı ilə uduzduqları görüşdən sonra da bunu etiraf edib. Lakin təcrübəli məşqçi yarımmüdafiəçini əvəzedici heyətə göndərmək qərarının onun tərəfindən verilmədiyini üstüörtülü olsa da, açıqlayıb.
Bəs Qara Qarayevin əsas heyətdən kənarlaşdırılmasının səbəbi nədir?
Bu baş verənlərin “Neftçi”nin isveçli idman direktoru Yens Andersondan qaynaqlandığı ortadadır. Qriqorçukun gəlişindən sonra da baş məşqçinin razılığı olmadan heyətə futbolçular cəlb edən skandinaviyalı Q.Qarayevi də məhz bu səbəbdən əvəzedici komandaya göndərmək qərarını verib.
Belə ki, klub təlim-məşq toplanışında olarkən düşərgədə maraqlı hadisələr baş verir. Qriqorçukun xəbəri olmadan heyətə Edvin Kuç adlı futbolçu cəlb edilir. Ukraynalı çalışdırıcı isə bu oyunçunu bəyənmədiyini rəhbərliyə bildirir. Amma idman direktoru Yens Anderson Kuçun heyətdə qalacağını deyir. Nəticədə Roman Qriqorçuk bu keçidin onlara fayda verməyəcəyini və yarımmüdafiə xəttinə yeni oyunçu lazım olduğunu diqqətə çatdırır. (Qafqazinfo)