SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlNazirlik sosial yardımla bağlı MƏLUMAT YAYDI
26 Yanvar 2024 15:23 | Baxış sayı: 505
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi də başa çatdırılıb.
Nazirlikdən AJMEDİA.İNFO-ya verilən məlumata görə, bundan əvvəl – yanvarın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, yanvarın 16-da bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin yanvar ayının pensiyaları ödənilib.
Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.