SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
2 saat əvvəlNazirlik pensiyalarla bağlı MƏLUMAT YAYDI
14 Fevral 2024 08:46 | Baxış sayı: 459
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevralın 15-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Fonddan AJMEDİA.İNFO-ya verilən məlumata görə, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə veriləcək. Artım bu ilin əvvəlindən tətbiq olunur və yanvar ayının artımı da həmin məbləğin üzərinə əlavə edilərək pensiyaçılara ödəniləcək.