SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlNazir Sahil Babayev etirazçı qaziyə ZƏNG EDİB: “Videonu sil, kömək edim…” + FOTO
20 Noyabr 2023 10:40 | Baxış sayı: 641
İkinci Qarabağ müharibəsinin iştirakçısı, qazi Həsən Mehdiyevin ayağını amputasiya etdirmək üçün xalqdan yardım istəməsi və aidiyyatı qurumları tənqid etməsi sosial şəbəkələrdə ciddi müzakirələrə və hökumətin tənqidinə səbəb olub.
AJMEDİA.İNFO xatırladır ki, Həsən Mehdiyevin hər iki ayağı dizinə qədər amputasiya olunub. Özünün deydiyinə görə, indi ayağının birində çürümə getdiyi üçün dizdən yuxarı hissə də kəsilməlidir.
Onun sözlərinə görə, cərrahiyyə əməliyyatını İsraildən olan həkimlər edəcək.
Həsən Mehdiyev deyib ki, onun əhəmiyyatı üçün 23 min manat çatmır və ona görə bu vəsaiti xalqdan toplamaq qərarına gəlib.
Gununsesi.info-ya açıqlamasında Həsən Mehdiyev bildirib ki, xalqa müraciətinin ictimailəşməsindən sonra Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ona zəng edib:
“Nazir mənə şəxsən telefon açdı. Bildirdi ki, məlum video müraciətimi sosial şəbəkələrdən silərəmsə, o mənə kömək edəcək. Ancaq mən ona “inciməyin, siləsi deyiləm, bu günə qədər bütün müraciətlərimə laqeyid qalmısınız” dedim”.