SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlNazir Rəşad Nəbiyev Qusarda vətəndaşları 31 yanvarda qəbul edəcək
25 Yanvar 2025 13:00 | Baxış sayı: 410
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Quba, Xaçmaz və Qusar rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Nazirlikdən AJMEDİA.İNFO-a verilən məlumata görə Rəşad Nəbiyev vətəndaşları Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində 31 yanvar 2025-ci il tarixində saat 09:00-da qəbul edəcək.
Qəbula 30 yanvar 2025-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.