SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlNazir Rəşad Nəbiyev İsrailin yol infrastrukturu şirkəti “Netivei Israil”in rəhbərliyi ilə görüşüb
10 Aprel 2025 10:32 | Baxış sayı: 556
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailin yol infrastrukturu şirkəti “Netivei Israil”in rəhbərliyi ilə görüş keçirib.
Nazirlikdən AJMEDİA.İNFO-ya verilən məlumata görə görüş zamanı İsrailin şəhər nəqliyyatının idarəedilməsi daxil olmaqla avtomobil və dəmiryolu üzrə icra olunan layihələrə dair təqdimatlar edilib, bu sahədə rəqəmsallaşmanın tətbiqi haqqında məlumat verilib.
Qarşı tərəf Azərbaycanla yol nəqliyyatı, o cümlədən dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Həmçinin Azərbaycan şirkətlərinin İsraildə həyata keçirilən yol-nəqliyyat infrastrukturu layihələrində iştirakına dair fikir mübadiləsi aparılıb.