20 Aprel 2025
Nazir Rəşad Nəbiyev İsraildə işgüzar səfərdədir - FOTOLAR

Nazir Rəşad Nəbiyev İsraildə işgüzar səfərdədir - FOTOLAR

Nazir Rəşad Nəbiyev İsraildə işgüzar səfərdədir - FOTOLAR

07 Aprel 2025 22:44 | Baxış sayı: 535

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailə işgüzar səfər edib.

AJMEDİA.İNFO xəbər verir ki, səfər çərçivəsində nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqev, innovasiya, elm və texnologiya naziri Qila Qamliel, vençur fondları, texnoloji şirkətlər, Təl-Əviv Universitetinin nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Görüşlər zamanı iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən yüklərin avtomobil nəqliyyatı ilə daşınması imkanları müzakirə olunacaq.

Eyni zamanda innovasiya, süni intellekt, kibertəhlükəsizlik sahələrində əməkdaşlıq və qanunvericilik bazasının təkmilləşdirilməsi məsələləri haqqında fikir mübadiləsi aparılacaq.


Открыть фото


Открыть фото


Открыть фото


Открыть фото


Открыть фото