Nazir rektorun oğluna yüksək vəzifə verdi - FOTO
01 Oktyabr 2024 10:09 | Baxış sayı: 432
Ədliyyə naziri Fərid Əhmədov Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın oğlu Mehdi Abdullayevə yeni vəzifə verib.
AJMEDİA.İNFO xəbər verir ki, nazirin müvafiq əmri ilə Mehdi Abdullayev Bələdiyyələrlə İş Baş İdarəsinin rəis müavini təyin edilib.
Qeyd edək ki, bundan əvvəl Mehdi Abdullayev Ədliyyə Nazirliyinin ləğv edilən Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb.
Fotoda: Kamal Abdulla
(Qaynarinfo)