SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlNaxçıvana gedəcək sərnişinlərin NƏZƏRİNƏ!
30 Dekabr 2024 14:11 | Baxış sayı: 382
Bakı-Naxçıvan istiqamətində keçirilən müsabiqə nəticəsində “BakuBus” MMC qalib gəlib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, yanvarın 1-dən Bakıdan Naxçıvana reyslər “Neoplan” markalı müasir və komfortlu avtobuslarla həyata keçiriləcək. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvana səfərlər hər gün reallaşır. Reyslər sərnişin tələbatına uyğun olaraq tənzimlənir.
Biletlərin qiyməti 30 AZN təşkil edir və “biletim.az” portalı üzərindən onlayn qaydada, həmçinin avtovağzalların kassalarından əldə olunur.
Bakı-Naxçıvan-Bakı reysi üzrə fəaliyyət göstərən avtobuslar İran ərazisindən keçməklə ümumilikdə 645 kilometr məsafə qət edir. 2024-cü ildə Bakı-Naxçıvan müntəzəm avtobus marşrutu ilə təxminən 61 500 sərnişin daşınıb.