SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlNatəvanın heykəlinə qarşı vandalizm: Parisə gətirildi - FOTO
06 Mart 2024 18:41 | Baxış sayı: 725
Xurşidbanu Natəvanın Fransanın Evian-lö Bən şəhərindəki heykəli Parisə gətirilib.
AJMEDİA.İNFO xəbər verir ki, heykəl martın 4-də Evian şəhərindən götürülüb, bu gün Azərbaycan Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinə çatdırılıb.
Heykəlin Mədəniyyət Mərkəzinin bağında ucaldılması ilə bağlı işlər davam etdirilir.
Heykəli götürərkən üzərindəki örtük açılıb. Müəyyən olunub ki, abidənin üzərinə qırmızı boya atılmaqla yanaşı - heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrə qırmızı boya çəkilib - onun özünə də zərər verilib. Belə ki, heykəlin burnuna və barmaqlarına zərər yetirilib. (APA)