20 Aprel 2025
Narkotikin təsiri altında motosiklet sürdü, TUTULDU - VİDEO

Narkotikin təsiri altında motosiklet sürdü, TUTULDU - VİDEO

Narkotikin təsiri altında motosiklet sürdü, TUTULDU - VİDEO

14 Oktyabr 2024 13:09 | Baxış sayı: 368

Narkotik vasitənin təsiri altında motosiklet idarə edən sürücü yol polisləri tərəfindən saxlanılıb.


Daxili İşlər Nazirliyindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Üzrə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən Bakı-Quba yolunun 10-cu kilometrliyində yol hərəkəti qaydalarını pozduğu və dövlət qeydiyyat nişanı olmadığı üçün “Yamaha” markalı motosikletin sürücüsünə “saxla” işarəsi verilib.


Aparılan araşdırma zamanı sürücü Məhəmməd Qasımovun motosikleti narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olunub. Əlavə olaraq onun üzərindən narkotik vasitə olan marixuana da aşkarlanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.