SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlNail Abdullayevə yüksək VƏZİFƏ VERİLDİ - FOTO
01 İyul 2024 10:31 | Baxış sayı: 403
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoruna müavin təyin edilib.
AJMEDİA.İNFO bildirir ki, banker.az-ın məlumatına görə, bu vəzifəyə Nail Abdullayev təyinat alıb. O, bu yeni və əsas rolda "Azəriqaz"da transformasiya layihəsinə rəhbərlik edəcək.
2013-cü ildən Nail Abdullayev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində olan qurumlarda, SOCAR Türkiye Qrupunda müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Nail Abdullayev Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadiyyatın Tənzimlənməsi" bakalavr təhsili, Bahçeşehir Universitetində "Biznesin idarə edilməsi" (MBA) üzrə isə magistr təhsili alıb.