20 Aprel 2025
Müxalifət qüvvələri Dəməşqi nəzarətə götürdü, Baş nazir hakimiyyəti təhvil verməyə hazırdır

Müxalifət qüvvələri Dəməşqi nəzarətə götürdü, Baş nazir hakimiyyəti təhvil verməyə hazırdır

Müxalifət qüvvələri Dəməşqi nəzarətə götürdü, Baş nazir hakimiyyəti təhvil verməyə hazırdır

08 Dekabr 2024 08:40 | Baxış sayı: 358

Suriya ordusunun bölmələri müxalif qüvvələrin irəliləməsi fonunda Dəməşqin mərkəzini tərk edir.

Müxalifət qüvvələri Dəməşqin mərkəzi Əməvi meydanına çatıb və Suriya dövlət televiziyasının qərargahını ələ keçiriblər.

Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib. O, hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb.

Məhəmməd Qazi əl-Cəlali əlavə edib ki, dövlət qurumlarının fəaliyyətini təmin etmək üçün Dəməşqi tərk etməyəcək.

“Reuters” isə xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd ölkədəki son hadisələr fonunda paytaxt Dəməşqi tərk edib. Onun təyyarəsi naməlum istiqamətə uçub./Report