20 Aprel 2025
Müharibənin ikinci mərhələsi başladı: məqsəd budur...

Müharibənin ikinci mərhələsi başladı: məqsəd budur...

Müharibənin ikinci mərhələsi başladı: məqsəd budur...

29 Oktyabr 2023 00:37 | Baxış sayı: 681

İsrail Qəzza zolağında HƏMAS yaraqlılarına qarşı müharibənin ikinci mərhələsinə başlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu bu gün keçirilən mətbuat konfransında deyib.

"Dünən gecə bizim quru qoşunlarımız Qəzzanın qapılarından keçərək şər yuvasına daxil oldular. Bu, müharibənin ikinci mərhələsidir", - nazir bildirib.

Netanyahunun sözlərinə görə, müharibənin ikinci mərhələsi Fələstin radikal hərəkatının hərbi və siyasi infrastrukturunun məhv edilməsini, eləcə də girovların qaytarılmasını nəzərdə tutur.//Axar.az