SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlMüğənni Vüqar Muradov: "Eləsindən nə qadın olar, nə də ana"
23 Avqust 2024 13:00 | Baxış sayı: 372
Müğənni Vüqar Muradovun son açıqlaması müzakirələrə səbəb olub.
AJMEDİA.İNFO bildirir ki, o, “TikTok”u olmayan xanımla evlənəcəyini bildirib. “Tapsam ürəkdən sevəcəyəm… “TikTok” hesabı olmayan qız axtarıram” , - ifaçı qeyd edib.
Ardınca V.Muradov bununla bağlı detallı açıqlama verməli olub. O, fikirlərini düzgün izah edə bilmədiyini vurğulayıb:
““TikTok” normal, “İnstagram” və “Facebook” kimi sosial platformadır, burada qəbahətli bir şey yoxdur. Söhbət “TikTok”da hədiyyə, “tıklanma” üçün yalvaran və dilənən xanımlardan gedir. Gecə-gündüz kamera qarşısında boş-boş danışan, qalmaqal edən, hədiyyə gələndə “can, qurban olaram, çox sağol” deyib kimlərinsə ehtiras mənbəyinə çevrilən xanımlardan gedir. Elə birindən nə qadın, nə də normal uşaq böyüdəcək ana ola bilər”.