SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlMüğənni Nazənin “Lotu Quli” barədə bu sözləri yazdı, sonra sildi - FOTO
24 May 2023 11:08 | Baxış sayı: 895
Müğənni Nazənin Salayeva "Lotu Quli" ləqəbi ilə tanınan mərhum "qanuni oğru" Nadir Səlifovla bağlı paylaşım edib.
AJMEDİA.İNFO axsam.az-a istinadən xəbər verir ki, sənətçi ona "Ürəklərdə qaldın" adlı mahnı həsr etdiyini bildirib.
Mahnıdan bir hissə yayımlayan Nazənin "Hər zaman qəlblərdə yaşayacaqsan, dəyərli qardaş. Allah hamımıza, sevənlərinə, əzizlərinə səbr versin. Bu mahnı rəhmətlik Quli qardaşımızın bacısı Leyla xanımın adından ona ithaf olunub" sözlərini yazıb.
İfaçı daha sonra paylaşımını silib.
Qeyd edək ki, “Lotu Quli" ləqəbli Nadir Səlifov 2020-ci il avqustun 20-də Türkiyənin Antalya şəhərində hotellərin birində güllələnib.